Bakıda Yeni Salyan şossesinın kənarında – Jurnalist şəhərciyinin 10 metrliyində yaşayış massivində fəaliyyət göstərən beton zavodu ətrafa “ölüm saçır”.
araz.az xəbər verir ki, yaşayış evlərinin bir addımlığında olan zavod əsasən gecələr işə salınır: “Hər axşam səs-küy bir yana qalsın, zavodun buraxdığı qum və sement tozu azı 1 km radiusa yayılır. Təsəvvür edin ki, yay vaxtı istidən boğulan sakinlər pəncərəsini aça bilmir, o dəqiqə evin içini toz-torpaq basır..”.
Sakinlər deyir ki, məsələ bir neçə dəfə dövrü mətbuatda da qaldırılıb, ancaq diqqət edən olmayıb: “Ümidvarıq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi restoranların bacasını güddüyü kmi, yaşayış massıvindən işləyən belə zavodlara qarşı da qanuni tədbirlər görəcək”.
P.S. Aşağıda qeyd olunan və real faktı təsdiqləyən video tvpress.az saytına məxsusdur!
araz.az xəbər portalı.