Seçkilərə 10 gün qalmış Ekvadorda prezidentliyə namizəd Fernando Villavisensionun başına 3 güllə çaxılaraq öldürlüməsindən sonra ölkədə mafiyaya qarşı amansız mübarizə başlayb.
araz.az xarici mətbuata istinadla xəbər verir ki, Prezidentliyə namizədin qətlinə görə 6 nəfər saxlanılsa da, onların arxasında həbsxanada yatan mafiyaların olma ehtimalına qarşı əməliyyatlar davam edir.
Məllumata görə, prezidentliyə namizəd Fernando Villavicencio silahlı hücumda həyatını itirdikdən sonra 4000 asayiş keşikçisi ölkənin ən böyük mafiyası sayılan “Los Choneros”un lideri “Fito” kimi tanınan Adolfo Maciasın saxlandığı həbsxanaya basqın edib.
Məlumatda deyilir ki, daha əvvəl Villavicencionu təhdid edən “Fito” 4 min əsgər və polisin birgə əməliyyatı ilə həbsxanadan çıxarılaraq başqa həbsxanaya apaırlıb.
Bu barədə “Twitter”də (Yeni adı X) paylaşım edən Ekvador prezidenti Guillermo Lasso bildirib ki, 4 min polis və əsgərin birgə əməliyyatı ilə “Fito”nun olduğu həbsxanada xeyli silah-sursat və partlayıcı maddələr tapılıb: ““Fito” kimi tanınan Adolfo Macias daha ciddi qorunan və yüksək təhlükəsizlik nəzarəti olan həbsxanaya köçürülüb. Biz bunu vətəndaşlarımızın və məhbuslarımızın təhlükəsizliyi üçün etdik. Ekvador yenidən sülh və əmin-amanlıq əldə edəcək. Əgər zorakılıq aktları olarsa, bütün gücümüzlə buna qarşı çıxacağıq”.
CNN telekanalı xəbər verir ki, Villavicencionun öldürülməsindən sonra əvvəllər vitse-prezidentliyə namizədliyi irəli sürülmüş 36 yaşlı Andrea Qonzales Nader onun namizədliyi irəli sürülmüş “Movimiento Construye Partiyası”dan prezidentliyə namizəd elan olunub.
Siyasi karyerasında ətraf mühit məsələlərinə diqqət yetirən Naderin bu axşam namizədlər arasında keçiriləcək canlı yayıma qatılacağı gözlənilir.
Nader CNN-ə müsahibəsində Fernando Villavicencio sui-qəsdlə bağlı deyib: “Bu, bütün regionda və dünyada demokratiya üçün çox narahatedici an idi…”.
Fernando Villavicencionun həyat yoldaşı Veronika Sarauz isə ərinin ölümündə dövləti günahlandırıb: “Dövlət Fernandonun təhlükəsizliyinə cavabdeh idi. Həyat yoldaşımın ölümünə birbaşa dövlət cavabdehdir. Onu lazımınca qoruya bilmədilər”.
Xatırladaq ki, Ekvador prezidentliyinə namizəd Fernando Villavisensio avqustun 9-da güllələnib. O, çxışlarında daim narkomafiyanı hədələyib. Sonuncu dəfə mitinqdən çıxıb maşına oturarkən onun başına 3 güllə sıxılıb. Atışmadan 2 polis və 6 mülki şəxs də həlak olublar.
Hələlik sui-qəsdlə əlaqəli 6 kolumbiyalı cinayətkar dəstə üzvü saxlanılıb. /mia.az/
araz.az xəbər portalı.
araz.az xəbər portalı.