Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti Dubayda yaradılan bərpa olunan enerji parkının 6-cı fazasını icra edəcək.

araz.az xəbər verir ki, bu barədə Dubay enerji-su təchizatı şirkəti – DEWA məlumat yayıb.

Məlumatda qeyd olunur ki, “Masdar” 1,5 milyard dollara yaxın vəsaitlə 1.8 MVt gücündə günəş elektrik stansiyasını tikəcək. Stansiyanın 2024-cü ilin sonlarından istisimara verilməsinə başlanılacaq.

İndiyədək enerji parkının 5 fazası çərçivəsində 2.427 MVt bərpa olunan enerji istehsalı gücləri istifadəyə verilib. Parkın yaradılmasına 2010-cu ildən başlanıb.

Hazırda Dubayın enerji təminatının 16.3 faizi təmiz enerji mənbələri hesabına həyata keçirilir. 2024-cü ildə bu göstərici 24 faizə çatacaq.

2030-cu ilədək Dubay təmiz enerji parkında 5 min MVt güc formalaşdırılacaq. Bu layihəyə yatırılan investisiyaların həcmi isə 13,6 milyard dollara çatacaq.

Qeyd edək ki, Masdar Azərbaycanda 240 MVt gücündə günəş elektrik stansiyası qurur.//musavat.com

araz.az xəbər portalı.

 

araz.az xəbər portalı.