Artıq “Nar” abunəçiləri NaviMax tətbiqi ilə, izlənmə funksiyası mümkün olan istənilən cihazın GPS izləmə vasitəsi ilə yerinə, hərəkətinə, qət etdiyi məsafəyə və digər göstəricilərinə minimum ödənişlə nəzarət edə bilərlər. Bu barədə, mobil operatordan araz.az-a daxil olan məlumatda bildirilir ki, aylıq 1 AZN abunəlik haqqı ilə, yaxınlarınızın olduğu məkanı həm real vaxtda, həm də oflayn rejimdə izləyib, onların təhlükəsizliyini təmin edə bilərsiniz.

Verilən xəbərə görə, xidmətə qoşulmaq üçün, ilk olaraq, “App Store” və ya “Play Store”-dan NaviMax-ı yükləyib, ölkələr siyahısından Azərbaycanı seçərək, qeydiyyatdan keçirsiniz. Daha sonra telefonunuza gələn birdəfəlik şifrəni daxil edərək, GPS icazəsini aktivləşdirməklə, qeydiyyatı tamamlamış olursunuz. Qeyd edək ki, abunəçilər xidməti 3 gün pulsuz istifadə edib, test edə bilərlər.

Xəbərdə o da qeyd olunub ki, NaviMax xidməti haqqında ətraflı məlumatı nar.az/navimax səhifəsindən əldə edə bilərsiniz.

Ümumiyyətlə, “Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə, ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq, sərfəli qiymət qarşılığında həmişə üstün xidmət təqdim edir.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.