“Xırdalanın mərkəzində, Heydər Əliyev parkının yanındakı Zərifə Əliyeva küçəsinin həyətindən görünüş. Zibil bir həftədən çoxdur ki, yığılmır. Çünki zibi yığımı işinə Abşeron rayon İcra Hakimiyyətinin nəzdindəki Abad-Abşeron baxır”.
araz.az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Samir Əliyev deyib.
O bildirib ki, adıçəkilən qurumun kefi nə vaxt istəyir, o vaxt zibili daşımağa gəlir:
SAMİR ƏLİYEV
“Abşeron RİH başçısının başı isə pul qazanmağa qarışıb. Heydər Əliyev parkında gündən-günə attraksionların və ictimai iaşə obyektlərinin sayı artır. Park faktiki olaraq insanların, xüsusilə də ahılların istirahət yerindən gənclərin qəlyan çəkmək üçün əyləncə mərkəzinə çevrilib.
Abşeron İH zibil daşınmasını inhisara alıb, başqa şirkətləri bu sektora buraxmır, özləri isə kefləri nə vaxt istəsə, o vaxt təmizlik işlərinə baxırlar. Zibilliyin bu hədə çatması xəstəlik mənbəyidir. Ümid edirəm Abşeron RİH başçısı cənab Abidin Fərzəliyev birbaşa öz səlahiyyəti ilə məşğul olmağa vaxt tapacaq və öhdəliklərini yerinə yetirəcək”.
Qeyd edək ki, Samir Əliyevun bu paylaşımına xeyli dəstək verilib.
Maraqlıdır ki, Abşeron İcra Hakimiyyətindən press-reliz reklamı adıyla “əməkdaşlıq” edən jurnalistlərdən biri hələ indiyədək bir normal jurnalistin təqdir etmədiyi icra başçısını müdafiə etməyə çalışıb.
O bildirib ki, guya Xırdalanda Abdin Fərzəliyevə kimi vəziyyət daha bərbad olub: “Əhali xeyli artıb, amma zibil maşınları belə olmaylb. Biz bir dəfə bu mövzunu yazdıq. İndi yeni 10 maşın alınıb. Camaat da ödənişləri vaxtında eləmir”.
Adını yazmadığımız həmin jurnalistin əsassız müdafiəsinə isə uzun müddət Xırdaland ayaşayan ekspert tutarlı cavab verib: “Bəy, arqumentlərinizin heç biri düz deyil. Abdin Fərzəliyev gələndən sonra ümumiyyətlə, maşınlar gəz dəymir. Halbuki, əvvəllər var idi. Yəqin kommentlərdən də görürsünz ki, problem təkcə bizim məhəllə deyil, bütün Xırdalandır. Əsas kimi qeyd edirlər ki, bütün Xırdalanda cəmisi 2 maşın var. Hardadır dediyiniz 10 maşın? Siz hardan müəyyən etdiniz ki, əvvəl vəziyyət daha pis idi. Hər halda “gələnlərin gedənlərə rəhmət oxutdurması” deyimi burda da yerinə düşür. Camaatın ödəniş etməməsinə gəlincə, bu da yalnız məlumatdır. Ən azı bizim məhəllə yeni tikilidir. MTK-lar pulu vaxtında ödəyir”.
Bu cavabdan sonra jurnalistin təkrar cavabı gülünc vəziyyət yaradıb.
Xatırladaq ki, bu yazının müəllifi də uzun müddət Xırdalkand ayaşayıb və heç vaaxt indiki kimi Xırdalanın zibillik dəryası olmasına şahidlik etməyib.
P.S. Bu xəbər tirajlandıqdan sonra iqtisadçının yaşadığı binanın həyətindəki zibilliyi təmizlənməyə başlayıblar.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.