Almaniyanın Ştutqart şəhəri yaxınlığında 35 yaşlı şəxs ildırım vurması nəticəsində ölüb. Faciə turist restoranının pivə bağında baş verib.

araz.az xəbər verir ki, ildırım vurması nəticəsində daha iki nəfər xəsarət alıb. 11 yaşlı oğlan və 43 yaşlı qadın xəstəxanaya çatdırılıb.

Daha iki uşaq qorxuya düşüb və şokdan müalicə olunub. Polisin məlumatına görə, onlar təbii fəlakət zamanı velosiped qoşqusunda olublar.

Hüquq-mühafizə orqanları bildirir ki, restoranın müştərilərinin əksəriyyəti sığınacaq axtarmağa tələsir, fırtına yaxınlaşdıqca 15-ə yaxın adam bara sığınsa da, ildırım düşən zaman 6 nəfər hələ də ağacın altındakı pivə masasında oturubmuş.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.