İşğaldan azad olunan ərazilərdə səfərdə olan Türkiyənin media nümayəndələri Zəngilandan sonra Laçına gəliblər.
araz.az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə onlar Laçın dövlət-sərhəd buraxılış məntəqəsinə baş çəkiblər. Ermənilərin dövlət sərhəd-buraxılış məntəqəsindən keçidini izləyən qonaqlar daha sonra Laçın şəhərinə yola düşüblər.
Qeyd edək ki, türkiyəli jurnalistlər ermənilərin Laçın dövlət sərhəd-buraxılış məntəqəsindən keçidi zamanı bütün prosedurları izləyiblər. Keçid məntəqəsində ermənilərin qaydalara uyğun olaraq yoxlanıldıqdan sonra keçidi təmin edilib. Gün ərzində 20 nəfər erməni əsilli vətəndaş Ermənistan istiqamətinə keçib. 
Həmçinin onlar Ermənistan tərəfində yük maşınlarının dayandırılmasını və bununla da Ermənistanın siyasi şou yaratmaqla təxribata əl atmasının da şahidi olublar. Qardaş ölkənin media nümayəndələri bunu açıq-aşkar sərhəd-keçid məntəqəsindən müşahidə ediblər.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.