Ədəbiyyatımızın görkəmli siması, Xalq şairi Məmməd Arazın oktyabrın 14-də 90 illik yubileyidir.
Bəs qarşıdan gələn 90 illik yubileyi ilə bağlı Məmməd Araz üçün hansı tədbirlər həyata keçiriləcəK?
araz.az bildirir ki, millət vəkili, şairin qızı İradə Tuncayın həyat yoldaşı, yazıçı Aqil Abbas Sherg.az-ın sualına cavabında, M. Arazın 90 illik yubileyinin, yəqin ki, dövlət səviyyəsində qeyd ediləcəyini deyib:
“Yayda hansı tədbirlər ola bilər ki? Ayrı-ayrı məktəblərdə yubileyi ilə bağlı tədbirlər keçirirlər. Amma onun 90 illiyi oktyabrda tamam olduğuna görə sentyabr, oktyabr ayında tədbirlərin keçirilməsinə başlanılacaq”.
Yazıçılar Birliyinin sədri Anar Rzayev saytımıza açıqlamasında qeyd etdi ki, hazırda qurumda məzuniyyət dövrüdür, sentyabr ayında bu məsələ ilə məşğul olacaqlar.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.