Dövlət Turizm Agentliyinin “2023-cü ildə turizm sahəsində təbliğat xarakterli materialların, eləcə də turizm məhsullarının hazırlanması xidmətlərinin satın alınması” ilə bağlı elam etdiyi tender başa çatıb.

araz.az-ın məlumatına görə, tenderin qalibi “ADZONE-S” MMC  olub.

Tərəflər arasında 2.542.463,4 AZN-lik müqavilə imzalanıb.

Müqaviləyə əsasən agentlik üçün “Radio, kinoteatrlarda reklam-təbliğat xidmətləri, Elektron media, qəzet, jurnal, radio, televiziyada reklam-təbliğat işlərinin yerinə yetirilməsi,

Sosial media kanallarında reklam yerlərinin alınması,

Təbliğat xarakterli çap və promo məhsullarının hazırlanması,

Ölkədaxili regionlar üzrə yeni turizm məhsullarının yaradılması məqsədilə konsepsiyaların hazırlanması, dizayn xidmətlərinin göstərilməsi və ekspertlərin cəlb olunması kimi işlər həyata keçiriləcək.

Bildirək ki, nizamnanə kapitalı 4 AZN olan “ADZONE-S” MMC-nin qanuni təmsilçisi MİRCAMAL CƏFƏROV BÖYÜKAĞA OĞLUdur.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.