“Liverpul”dan ayrılaraq Səudiyyə Ərəbistanının “Əl İttihad” komandasına keçən Fabinyo 3-0 qalib gəldikləri “Əl Raed” matçından sonra maraqlı anla qarşılaşıb.
araz.az xarici mətbuata istinadla xəbər verir ki, oyundan sonra səudiyyəli jurnalist İbrahim Əl-Faryan Fabinyoya məşhur brend olan bahalı qol saatı hədiyyə edib.
Saatın markasını görən braziliyalı futbolçu təəccüblənib və ona dəfələrlə təşəkkür edib.
Məlumata görə, bağışlanan saatın 40 min dollara yaxın qiyməti var.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.