Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Həsən Seymurovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
araz.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Nizami Rayon Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Təqsirləndirilən şəxsin 2 müddətinə azadlıqdan məhrumetmə cəzası 3 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına əvəz olunub.
İttihama görə, 1991-ci il təvəllüdlü Həsən Seymurov aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq edib. Belə ki, təqsirləndirilən şəxs zərərçəkmiş Samir Quliyev (şərti) vasitəsi ilə onun qohumu digər zərərçəkmiş Alı Əliyev (şərti) Dövlət Gömrük Komitəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadıb. O, bu yolla 26 dekabr 2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 31 ünvanında yerləşən metronun “Qara Qarayev” stansiyası yaxınlığında Samir Quliyevdən qohumu Alı Əliyev vasitəsi ilə ona göndərdiyi 33 000 manat nağd pul vəsaitini alıb. Həsən Seymurov barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.