İranın cənub-şərqində yerləşən Sistan-Bəlucistan əyalətinin Zabul, Hamun, Zehek, Hirmend və Nimruz şəhərlərindəki bütün dövlət qurumlarının və bankların fəaliyyəti bir günlük dayanıb.
araz.az xəbər verir ki, bunu Sistan-Bəlucistan meteorologiyasının baş direktoru Muhsin Haydari açıqlayıb.
O bildirib ki, buna səbəb bölgədə qum və toz fırtınasının davam etməsidir: “Bu gün Zabul şəhərində küləyin sürəti saatda 108 kilometrə çatıb. Havada tozun miqdarının artması səbəbindən Zabulda 600 metr, Zehekdə isə 700 metrə qədər görmə qabiliyyəti azalıb”.
İran rəsmisi əlverişsiz hava şəraiti ilə əlaqədar vətəndaşlara, xüsusən də tənəffüs yolları xəstələrinə məcburi olmadıqca çölə çıxmamağı, çölə çıxmalı olanlara da maskalardan istifadə etməyi tövsiyə edib. /teleqraf.com/
araz.az xəbər portalı.
araz.az xəbər portalı.