Xarici ticarətdə rubla və dost ölkələrin valyutalarına keçid Rusiya bazarında valyuta qıtlığı yaradır.

araz.az xəbər verir ki, bunu rusiyalı analitiklər bildirirlər.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən

Qeyd olunur ki, ixracda rublla ödənişlərin payı idxal üzrə ödənişlərdən daha böyükdür və daha sürətlə artır – xüsusi çəkisi iyunda 30 faizə qarşı iyulda 42 faiz təşkil edib. Mal və xidmət ticarətinin bütün profisiti rublla formalaşır, valyutada kəsir mövcuddur.

Dollar və avronun qıtlaşması bu valyutaların bahalaşmasına təkan verir.

2022-ci ildə Rusiyadan kapital axını rekord həddə – 243 milyard dollar (ÜDM-in 13 faizi), 2023-cü ilin birinci rübündə 21 milyard dollar təşkil edib. Rusiyaya birbaşa və portfel investisiyaları çərçivəsində qeyri-rezidentlərdən xarici valyuta axını yoxdur və yaxın illərdə də olmayacaq.

“Əgər bütün bu amillər olduğu kimi qalsa, o zaman yaxın aylarda rublun kəskin bahalaşmasını gözləməyə dəyməz”,- analitiklər bildirilər.

Son günlər, Rusiya Mərkəzi Bankı ilin sonuna qədər daxili bazarda xarici valyuta almağı dayandırmasına, uçot dərəcəsini kəskin artmasına və ixracatçıların xarici valyutada gəlirlərinin satışının məcburi olacağı barədə xəbərlərə baxmayaraq rubl ciddi möhkəmlənməyib. /Marja/

araz.az xəbər portalı.

araz.az xəbər portalı.