Qasım Hacıyev: “Ermənistan Naxçıvanı blokadada saxlamasını ört-basdır etmək üçün qondarma QHT-ləri ortaya atıb”
Uzun illərdir ki, Naxçıvan blokadadır və quru yolla Azərbaycanla əlaqəsi kəsilib, ölkəmizin bir ərazisindən digər ərazisinə təyyarə ilə gedib-gəlinir. Bu blokadanı da Ermənistan yaradıb və 30 ildən çoxdur bu vəziyyət davam edir. Ermənilər qondarma blokadadan danışırlar, amma heç Naxçıvanın gerçək blokadasını yada salmırlar. Bilirik ki, Naxçıvanın blokadadan çıxarılması, Zəngəzur dəhlizinin açılması aktuallaşıb.
Naxçıvanın bir qrup QHT-si də bu günlərdə beynəlxalq ictimaiyyətə müraciət edərək, onun 30 ildən artıq bir dövr ərzində blokadada olmasını diqqətə çatdırıb. Azərbaycan QHT-lərinin Naxçıvanın blokadasına son qoyulması ilə bağlı beynəlxalq ictimaiyyətə müraciəti erməni QHT-lərinin yenidən saxtakarlığa əl atmasına səbəb olub. Erməni mediası Naxçıvandan guya “deportasiya olunmuş” ermənilərin “maraqlarını” müdafiə edən qeyri-hökumət təşkilatlarının nüraciətini yayıb. Müraciətlərində Azərbaycan QHT-lərinin Naxçıvanın Ermənistan tərəfindən blokadaya alınması barədə dünya ictimaiyyətinə müraciətini “yalan teziz” adlandıran erməni QHT-ləri növbəti dəfə beynəlxalq ictimaiyyəti aldatmaq yolunu tutublar. İddia edirlər ki, Naxçıvan blokadada deyil, bu, “uydurma tezis”dir və “Azərbaycanın özünün 90-cı illərin əvvəllərindən Ermənistanı mühasirəyə alması faktını gizlətməyə yönəlib…”
Erməni QHT-lər iddia edib ki, guya Azərbaycan Ermənistana qarşı “blokada” siyasəti aparıb, İcevan-Qazax, Meğri-Horadiz, Meğri-Ordubad, Yerasx-Sədərək istiqamətlərini, Ermənistanla Azərbaycanı birləşdirən bütün avtomobil yollarını əhatə edən Ermənistan-Azərbaycan dəmir yolu “əlaqəsini kəsib”, həm də “ardıcıl olaraq Ermənistanı regional əhəmiyyətli iqtisadi layihələrdən kənarlaşdırıb”.
Bir sözlə, ermənilər Naxçıvan QHT-lərinin ayaqlanmasından, gerçəklikləri dünyaya yaymasından ciddi narahatlıq keçirir və üqondarma iddialarla, ittihamlarla Azərbaycanı hədəfə alırlar.
- “Təsəvvür edin ki, 30 ildən çoxdur Naxçıvan blokada şəraitindədir, amma dünya birliyi özünü xəbərsiz kimi aparır”
AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ermənilər onsuz da həmişə narahatdır. Onların narahat olmaqdan çox narahat etməyə tənzimlənmiş, bunları özünün bütün həyat davranışlarına çevirmiş bir tayfa olduğunu deyən Q.Hacıyevin sözlərinə görə, ermənilər hansı əraziyə köçüb orada sığınacaq alıblarsa, heç zaman sakit dayanmayıblar, həmişə narazılıqlar törədiblər, separatizmlə məşğul olublar, qarətlər ediblər, terror həyata keçiriblər. “Erməni yazarlarının özləri də etiraf edirlər ki, 50-100 ildən bir erməninin qanı coşur, nəsə bir xata törədir” – deyən Q.Hacıyev qeyd etdi ki, ermənilər uzun illərdir Naxçıvana qarşı iddialar irəli sürüblər. Onların bu niyyətlərinin arxasında həm öz mənfur niyyətlırini həyata keçirmək, həm də xidmət etdikləri dövlətlərin maraqlarını təmin etmək dayanıb. Q.Hacıyevin bildirdiyinə görə, onlar Cənubi Qafqaza elə-belə köçürülməyib. “Ermənilərin bu qədər əl-qol açmasına onun havadarları şərait yaradıb. Müsəlman-türk dünyasına qarşı rus imperiyası çox cəhdlər edib, amma erməniləri bizim bölgəyə köçürdükdən sonra istədiyinə nail olub, münaqişələr törədilib. Bu gün ermənilər Naxçıvana iddia edirlər. Bu əsassızdır. Naxçıvanda tarixən erməni yaşamayıb. Onların iddiaları əsassızdır. Bu toplumun dövlətçilk anlayışı yoxdur. Bunların düz-əməlli dövləti olmayıb. Çar Rusiyası onları gətirib bizim torpaqlarda yerlışdirdi. XX əsrin əvvəlinə qədər onların bu coğrafiyada dövləti, dövlət atributu yoxdur. Türk dünyasını parçalamaq, Naxçıvanı Azərbaycandan ayırmaq üçün bizim torpaqda bir zolaq şəklində Ermənistan respublikası yaradıblar. Xəritəyə baxanda hər şey görsənir. Ermənistan necə, harada, niyə o cür yaranıb? Onların torpaqları yox idi, Çar Rusiyası Rusiyada da onlara torpaq verə bilərdi, amma onları Azərbaycana köçürdü. Naxçıvanı Azərbaycandan ayırmaq üçün onlara o şəkildə torpaq verildi. Böyük dövlətlərin məqsədi Naxçıvanı işğal edib Ermənistana birləşdirmək idi. Çünki o vaxt onlar Naxçıvan və İrəvan xanlıqlarının bir hissə torpaqlarında yerləşdirildilər…Bunlar hamısı böyük imperiyanın planları idi. Bu böyük planda Rusiya imperiyası ilə maraqları üst-üstə düşən başqa iri dövlətlər də var… Ermənilər və onların arxasında duranlar nə qədər çalışsalar da, Naxçıvanı Azərbaycandan qopara bilmədilər. Bu səbəbdən də 30 ildən çoxdur ki, Naxçıvanı blokada şəraitində saxlayırlar, çətinliklərə baxmayaq Naxçıvan dözdü və öz varlığını qorudu. Ermənistan Naxçıvanı blokadada saxlamasını ört-basdır etmək üçün qondarma QHT-ləri ortaya atıb. Təsəvvür edin ki, 30 ildən çoxdur Naxçıvan blokada şəraitindədir, amma dünya birliyi özünü xəbərsiz kimi aparır. Necə ola bilir ki, Xankəndidə olmayan “blokada” haqda beynəlxalq təşkilatlar uydurma məlumatlar yayır, amma Naxçıvanın 30 ildən çox davam edən blokadasına reakasiya vermirlər? Çünki həmin beynəlxalq quirumlar ermənipərəst dövlətlərin təsiri altındadır. Naxçıvan QHT-lərinin müraciətindən ermənilər ona görə narahatdırlar ki, bütün yalanları üzə çıxır. Ermənilər Naxçıvanın yerli sakinləri olmayıb, amma Azərbaycan türkləri indiki Ermənistanın aborigen əhalisi olub. Beynəlxalq qurumlar erməniyanlığından əl çəkib reallığı görməlidir. Nə qədər erməni lobbisi, ermənilər iri dövlətlərin əlində oyuncaq olsa, onların himayəsi altında yaşasalar da, bu dövlətlər öz təsirində olan beynəlxalq qurumlara obyektivliyi təlqin etməlidirlər. Amma etmirlər”-deyə bildirən Q.Hacıyev qeyd etdi ki, artıq Naxçıvanın blokadası da, Qərbi azərbaycanlıların hüquqlarının pozulması məsələsi də beynəlxalq qurumlara çatdırılıb, ermənilərin illərlə danışdığı yalanlar ifşa olunur… “Naxçıvanın blokadasına son qoyulmalıdır, Zəngəzur dəhlizi açılmalıdır, Ermənistan sülh sazişinin imzalanmasına əngəl törətməkdən çəkinməlidir. Bu gün biz sülhdən danışırıq, deyirik ki, tezliklə sülh müqaviləsi imzalansın, ermənilər hələ də sülhə qarşıdır”-deyə Q.Hacıyev əlavə etdi.
O vurğuladı ki, Azərbaycan Prezidenti tez bir müddətdə sülh müqaviləsinin imzalanmasının vacibliyini qeyd edir və Ermənistan da bütün təxribatlara son qoyub haqqın yoluna gəlməlidir.
İradə SARIYEVA.
araz.az xəbər portalı.