Faiq Ələkbərli: “Bu ariyançı qəzet nə qədər çalışsa da məqsədinə çata bilmədi, Azərbaycan Xalq Cumhuriyyəti quruldu”
Molla rejimi müstəqil Azərbaycan dövlətinin (Quzey Azərbaycan) varlığını heç cür sindirə bilmir və dövlətimizin mövcudluğunu pozmaq üçün hər cür təxribata əl atır. Təbii ki, rejimin əlində olan informasiya resursları, əldəqayırma tarixçilər, alimlər bu oyunun əsas icraçılarıdır.
Dəfələrlə mollalar Quzey Azərbaycanın “İranın bir hissəsi olduğunu” iddia ediblər, sözsüz ki, bu, quru və boş sözlərdən başqa bir şey deyil. Mollaların hökuməti sadəcə iradəsi, tarixi bilgisi zəif olanların beynini bulandırmaq üçün bu cür uydurmaları ortaya atır. Molla rejiminə bağlı olan “Azərbaycan tarixi” Telegram kanalı anti-Azərbaycan təbliğatını davam etdirir, gah tarixi şəxsiyyətlərimizə şər atırlar, gah tariximizi təhrif edirlər, gah ərazi bütövlüyümüzü şübhə altıba alırlar.
“Azərbaycan tarixi” Telegram kanalı indi də iddia edir ki, guya 1918-ci ildə Bakıda nəşr olunan qəzetdə “Azərbaycan İranın ayrılmaz bir hissəsidir…” sözü yazılıb. Qəzetin fotosu paylaşılsa da, adı mətndə qeyd olunmur. Təbii, bu da növbəti təxribatdır, molla rejimi indi də bu yalana əl atıb.
- “Onlar təbliğatı bu cür saxtakarlıq üzərində qururdular”
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO sədrinin müavini, siyasi şərhçi Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, o dövrdə – Cumhuriyyətdən əvvəl Bakıda fars şovinstlıərinə bağlı qəzet nəşr olunub və o qəzet Azərbaycanın bütövlüyünə qarşı çıxış edib. “1918-ci ildə ariyançıların, irançıların Bakıda “Azərbaycan Cüzilayənfaki-İran” adlı qəzet buraxdığı məlumdur. O dövrdə də Quzey Azərbaycanın müstəqil dövlət olması məsələsi gündəmə gəlmişdi. Bu dövlətə də Azərbaycan adının verilməsi ilə bağlı ciddi müzakirələr gedirdi. Dövlətimizə Azərbaycan adının verilməsindən ariyançılar, panfarsistlər ciddi şəkildə narahat idilər. Bilirik ki, o dönəmdə Qacarlar dövlətinin dörd əsas əyaləti var idi ki, onlardan biri də Azərbaycan idi. Azərbaycan əsas əyalət olub. Ariyançılar Qacarlar dövründə istər parlamentdə, istər Nazirlər Kabinetində yer ələ keçirmişdilər. Çar Rusiyası dağıldıqdan sonra Azərbaycan Cumhuriyyətinin yaranmasından panfarsistlər ciddi narahatlıq keçirirdilər. Azərbaycan Cumhuriyyətinin yaradılmasından çox narahat olan ariyançılar Bakıda “Azərbaycan Cüzilayənfaki-İran” adlı qəzet nəşr edirdilər. Panfarsistlər Azərbaycan adlı müstəqil dövlətin qurulmasına qarşı idi və bu səbəbdən o dövrdə də bu cür iddialar səsləndirirdilər. Yeni qurulacaq və Azərbaycan adı veriləcək türk dövlətinin təbliğatını öz maraqları üzərində quran ariyançılar o vaxtdan sdaxtakarlıq edirdilər. Fars şovinstləri Azərbaycanı “İranın bir parçası” kimi qələmə verməyə cəhd edirdilər, halbuki, o zaman Azərbaycan (Cənubi) Qacarlar dövlətinin baş əyaləti idi..”-deyə bildirdi.
F.Ələkbərlinin qeyd etdiyinə görə, panfarsistlərin əndişəyə düşməsinin səbəbi o idi ki, Azərbaycanın şimalında Azərbaycan adlı dövlət qurularsa Qacarlar dövlətindəki Azərbaycan gələcəkdə bu türk cümhuriyyəti ilə birləşə bilər. “Ona görə də onlar təbliğatı bu cür saxtakarlıq üzərində qururdular. Bu saxta fikirləri ortaya atmaqla ariyançılar çalışırdılar ki, Güney Azərbaycan Quzey Azərbaycanla birləşməsin. Fars şovinistlərinin iddiaları növbəti saxtakarlıqdır. Ariyançılar Cənubi Azərbaycanı zorla İrana “aid” etməklə onu farsların, ariyançıların bir hissəsinə çevirmək istəyirdilər. Əlbəttə, Azərbaycan ötən yüz ildə irançılığa, panfarsizmə qarşı mübarizə aparıb, mübarizə aparmaqda da davam edir. Bu baxımdan, o vaxt Bakıda nəşr eidlən bu qəzet ariyançılara xidmət edirdi. Bu ariyançı qəzet nə qədər çalışsa da məqsədinə çata bilmədi, Azərbaycan Xalq Cumhuriyyəti quruldu. Güney Azərbaycan da müstəqilliyini qazanacaq və gələcəkdə iki Azərbaycan bir olacaq. İrançıların saxtakarlıq üzərində qurulan təbliğatı heç bir nəticə verməyəcək”-deyə F.Ələkbərli qeyd etdi.
Bildirək ki, sözügedən “Azərbaycan Cüzilayənfaki-İran” adlı qəzet 1918-ci ilin 10 fevralında türk və fars dillərində Bakıda çap olunub və bu qəzet çap olunanda Azərbaycan Xalq Cumhuriyyəti hələ qurulmamışdı, amma belə bir dövlətin yaradılması artıq gündəmdə idi. O dövrdə yeni qurulacaq türk dövlətinə Azərbaycan adının verilməsi fars şovinstlərini narahat edirdi və onlar iddia edirdilər ki, “İran”da Azərbaycan adlı əyalət var və Şimalda yaranan dövlətə bu ad verilməli deyil. Cumhuriyyətin yaranması imkan verirdi ki, Güney Azərbaycan da Quzey Azərbaycana birləşsin, bunu da Qacarlar dövlətinin içinə qırxayaq kimi yayılan fars şovinstləri istəmirdilər.
Məlumdur ki, Azərbaucan Xalq Cumhuriyyətinin varlığını Tehran rejimi həmişə özünə təhdid sayıb. Mənbələrdən birində qeyd edilir: “…Bakı Tehranı davamlı olaraq əmin edirdi ki, yeni respublikanın adı mövcud sərhədləri dəyişmək məqsədini güdmür.
Respublikanın rəsmi mətbu orqanı olan “Azərbaycan” qəzetində yazılmışdı ki, “İranın müstəqil və məsud yaşaması bizə əlverişlidir. Dövlətimizin “Azərbaycan” adlandırdığı sui-təfəhhümlərə səbəb oldu. Halbuki, Təbriz əyalətinin, yəni İran Azərbaycanının İranın olub-olmaması barədə ortalıqda heç bir məsələ yoxdur. İranın haqqına təcavüz etmək fikrində deyilik, olmamışıq və olmayacağıq, bizim tərəqqi və istirahətimizi təmin edən yalnız qonşularımız ilə dostluğumuz olacaqdır.”
Amma yüz ildən çoxdur ki, yenə də farslar bizi özlərinə düşmən sayır, müstəqilliyimizi zədələməyə çalışır…Amma onların heç bir təxribatı baş tutmayacaq. Gələcəkdə bütün dünya bütöv Azərbaycanın şahidi olacaq.
İradə SARIYEVA.
araz.az xəbər portalı.