Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, bu ilin əvvəlində Azərbaycan əhalisinin sayı 10 milyon 156 min nəfər olub.
araz.az xəbər verir ki, Komitənin açıqladığı məlumatda Azərbaycan əhalisinin 22,7%-nin və ya 2 milyon 303 min nəfərin Bakı şəhərində yaşadığı qeyd olunur.
Lakin qeyd edək ki, Statistika Komitəsinin açıqladığı digər məlumatlarda göstərilir ki, ölkə üzrə əhali tərəfindən istehlak olunan təbii qazın 36%-i, elektrik enerjisinin isə 40%-i Bakı şəhərinin payına düşüb.
Ümumiyyətlə ölkə üzrə əhali tərəfindən istehlak olunan təbii qazın 47%-i, elektrik enerjisinin isə 52%-i Bakı, Sumqayıt və Abşeronun (Xırdalan) payına düşüb.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.