Ferhad-Eliyev.jpg

Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədov Bilgəhdə 6 hektarlıq ərazisi olan bağına yaşıllıq və işıqlandırma salınması üçün italyanlarla müqavilə bağlayıb

Cahan.info xəbər verir ki, bu məlumatı feysbukda Vəli Quliyev yayıb. Onun sözlərinə görə, bunlara nə az, nə çox 9 milyon avroya yaxın pul ödəyib.

İtalyanlarda pulu götürüb, avadanlıqları, elektrik xəttlərini isə özlərini əziyyətə salmayıb, “Sədərək” ticarət mərkəzindən alıblar.

Fərhad Əhmədovda işin necə getməyini təftiş eləmək üçün xüsusi adamlar tutub.Bu təftişdəkilər gəlib görürlər ki, ortada heç bir iş yoxdur, keyfiyyətsiz quruyan ağaclar, Çin istehsalı olan lampalar, “Sədərək”dən alınmış elektrik xəttləri və.s

İndi Fərhad Əhmədov bunları məhkəməyə verib. V.Quliyev yazıb ki, italyanlara ölkədə 2 günlük yaradılan MMC-lərdəköməklik göstərib.

Onlardan biri “Asnaf” MMC imiş.

“Paghera Green Service Societa Agricola S.R.L.” adlı İtaliya şirkəti (landşaft dizaynı ilə məşğuldur) biznesmenin barəsində London məhkəməsində 5 milyon dollarlıq təzminat iddiası qaldırıb.

İddia ərizəsinə əsasən 2016-cı ildə şirkət F.Əhmədovun Bilgəhdəki malikanəsinin 6 hektarlıq ərazisinin yaşıllaşdırılmasına və abadlaşdırılmasına dair 12 milyon avro məbləğində müqavilə bağlayıb.

Lakin işlərin yekunlaşmasına az qalmış biznesmen 3 milyon avronu ödəməkdən imtina edib və iddia edildiyi kimi, “italyan şirkətinin nümayəndələrini qovub”.

Virtualaz.org bu qalmaqalı araşdırıb və sensasion sənədlər, faktlar əldə edib. Həmin sənədlər iki italyan iş adamının Bakı sərgüzəştləri barədə məşhur filmin süjetini xatırladan hadisələri ortaya çıxarır. Hansı ki, Eldar Ryazanov və Franko Prosperinin filminin qəhrəmanları-Cüzeppe və Antonio adlı həkimlər kimi Massimo Alberti və Gianfranko Paghera adlı bu italyan biznesmenlər də “xəzinə”-milyarderin pullarının dalınca (indiki halda Bakıya) yollanıblar.

Amma “İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri” filmindən fərqli olaraq bu dəfə ağlasığmaz məcaralar xəzinə dalınca gələn italyanlarıın toruna düşən Fərhad Əhmədovun başına gəlib…

Cahan.info xəbər verir ki, F.Əhmədov Bakının Bilgəh qəsəbəsində, Salahzadə küçəsində yerləşən (Xəzər dənizi sahilində) iqamətgahının ərazisinin yaşıllaşdırılması, bağçılıq və abadlıq işlərinin görülməsi üçün 2016-cı ilin iyul-avqust aylarından etibarən həmin İtaliya və İsveçrə şirkətlərinin rəhbərləri ilə danışıqlara başlayıb.

“Paghera” (İtaliya) və “Paghera Group” (İsveçrə) şirkətlərinin yaşıllaşdırma-bağçılıq işlərində Avropanın qabaqcıl şirkətləri olduğuna görə biznesmen malikanəsinin ərazisinin abadlaşdırılmasını onlara həvalə etməyi qərara alıb.

Həm də ərizədə deyildiyi kimi Massimo Albertini və Gianfranco Paghera özlərini işgüzar, layiqli və vicdanlı iş adamları kimi təqdim edərək F.Əhmədovun etibarını qazana biliblər.

2018-ci ilin aprelində F.Əhmədovun Bakıdakı şirkətinə “Asnaf” MMC adlı şirkətdən məktub gedib.

Həmin məktubda deyilirdi ki, “Paghera” (İtaliya) və “Paghera Group” (İsveçrə) şirkətləri “Asnaf” MMC ilə müqavilə münasibətlərinə malikdir. Və italyan şirkətlərinin “Asnaf”a yüklü miqdarda borcu yaranıb.

F.Əhmədovun şirkətində isə “Asnaf” MMC barədə ilk dəfə eşidirdilər. Lakin araşdırmadan sonra məlum olub ki, italyanlar Əhmədovun malikanəsi üçün xaricdən (İtaliya, İspaniya, Moldova) cəmi 115 TIR bəzək kollarını və ağaclarını məhz “Asnaf” MMC-nin adına Azərbaycana idxal ediblər. Niyəsi isə qaranlıq qalır, italyanların bu sxem sayəsində nə qazandıqları məlum deyil.

Rusiyada və daha əvvəl Böyük Britaniyada yaşayan milyarder həmyerlimiz Fərhad Əhmədovun Göyçay rayonunda fəaliyət göstərən “AzNAR” şirkətini birdən-birə heç bir səbəb göstərmədən bağlaması maraq doğurur.

Yerli əhalinin dolanışığına müsbət rol oynayan, ölkədə bir sıra zavod və fabriklərin fəaliyyəti zəifləsə də, hələ də rentabelli işləyən “AzNAR” konserv zavodunun bağlanması Fərhad Əhmədovun doğma rayonu olan Göyçüy rayonunun sosial-iqtisadi həyatına mənfi təsir edəcəyi də şübhə doğurmur.

Çox maraqlıdır ki, dünənə qədər bu istehsal müəssisəsinin rentabelliyinin aşağı düşməsi, kəsirlə işləməsi barədə bircə kəlmə də deyilmirdi.

Əksinə, zavaodun tam gücü ilə işlədiyi, yerli iqtisadiyyata töhfələr verdiyi iddia olunurdu. Bəs elə isə, milyarder Fərhad Əhmədovu qəflətən belə bir qərar verməyə nə vadar etdi?
/Cahan.info /

araz.az xəbər portalı.