“Azərbaycan Qiymətləndiricilərinin tender mafiyasına qarşı mübarizəsi davam edir. İlkin nəticələr ayın sonlarında özünü göstərəcək”. araz.az xəbər verir ki, bu fikirləri Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc səsləndirib. Cəmiyyət sədri qeyd edib ki, qarşımızda mütəşəkkil cinayətkar dəstə var:

“Yeganə güvəncimiz dövlət başçısıdır. Cənab prezidentin yürütdüyü şəffaflıq siyasətinə dəstək olaraq mübarizəmizdən dönməyəcəyik”.

Vüqar Oruc onu da vurğulayıb ki, mütəşəkkil cinayətkar dəstə və havadarları dövlət büdcəsindən oğurladıqları milyonların hesablını verəcəklər.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.