QHT Agentliyi Milli Məclisin şöbə müdirinin müavininə 20 000 manat qrant ayırıb.

araz.az xəbər verir ki, bu sözləri İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli sosial media hesabında yazıb.

Onun sözlərinə görə, İctimai sektorun öndə olan fəal subyektlərini sıradan çıxarmaq, məhv etmək məqsədiləri həyata keçirilir:

Samir Adıgözəlli

“Milli donor QHT Agentliyi hökumət, partiya rəhbərləri, deputat, şair, aktyor, rəqqasə və sair və hətta Parlamentin şöbə müdirlərinə qrant ayırır. Ayrılan dövlət vəsaitinin çox böyük əksəriyyəti istiqaməti üzrə xərclənmir, konkret olaraq mənimsənilir.

İndi diqqətinizi “İnkişafa doğru inteqrasiya” ictimai birliyinə yönəltmək istəyirəm. Bu birliyin sədri Ülviyyə Abdullayevadır. Belə bir təşkilatın fəaliyyətindən xəbəriniz varmı? Və ya ictimai fəal, birlik sədri olaraq Ülviyyə Abdullayevanı tanıyırsınızmı?”.

İSBAM sədri sual edir ki, Mill Məclisin şöbə müdirinin müavini illərdir QHT Şurasından qrant mecə ala bilir:  “Bu ildə Parlamentin şöbə müdirinin müavininə Agentlik tərəfindən 20000 manat qrant ayrılır. Axı kimdir bu adamları himayə edənlər? İllərdir milyonlarla dövlətin büdcəsi havaya sovrulur, kimlərinsə ciblərinə axır. Dövlətə, xalqa bundan böyük nə xəyanət olacaq. Niyə dövlət qurumları burada baş verənləri fundamental əsaslı araşdırmaq iradəsi ortaya qoymurlar.

Bu milyonlarla bugün biz elə vətəndaş cəmiyyəti institutlarını ortaya çıxarardıq ki, düşmənlərimiz qabağımızda ötə bilməzdilər.

Bunları tarix qarşısında özümə borc bildiyim üçün yazıram. Bu xəyanətlərin, oğurluğun cavabını bir gün mütləq verəcəksiniz”.

S.Adəgözllli daha sonra Agentliyin Müşahidə Şurasının sədri Azay Quliyevlə İcraçı direktoru Aygün Əliyevaya səslənərək, cavab istəyib:

“Susmayın, məni də susdurmağa çalışmayın, bu özbaşınalığlara cavab verin”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.