eldeniz55
“Dövlət tərəfindən evlə təmin olunan məcburi köçkün və qaçqınlar var. Onlar işğaldan azad olunan ərazilərə qayıdan zaman hazırda yaşadıqları və dövləton verdiyi mənzilləri təhvil verəcəklər. Lakin belə hallar kütləvi olmayacaq”.

araz.az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov məcburu köçkünlərin mənzil-məişət şəaritinin yaxşılaşdırılması məqsədi ilə onların müvəqqəri istifadəsində olan evlərin gələcək taleyindən danışarkən deyib.

Ekspertin sözlərinə görə, 2021-ci ilin əvvəlində Prezident tərəfindən bununla bağlı fərman imzalanıb:
“Bu fərmanda qaçqın və məcburi köçkünlər üçün inşa edilən binaların Bakıda, Abşeronda, Sumqayıtda, Samux və Lənkəranda özəlləşdirilərək satılması nəzərdə tutulub. Əldə olunan vəsaitin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə keçirilməsi prosesi ilə bağlı da müəyyən tapşırıqlar verilib. Bu isə onu deməyə əsas verir ki, gələcəkdə işğadan azad olunan ərazilərə köçəcək insanların evlərini şəhid, qazi ailələrinə verilməsi prosesi istiqamət olaraq hədəflənib. Amma bir sual var, burada mənzil şəraiti yaxşı olan insanlar mənzillərini digərlərinə təhvil verib, işğaldan azad olunan ərazilərimizə gedəcəklərmi?”.
Eldəniz Əmirov hesab edir ki, hazırda işğaldan azad olunan ərazilərə köçürülən insanların böyük əksəriyyəti mənzil şəraiti yaxşı olmayan insanlardır.
“Yəni, onların boşaltdıqları evlər şəhid ailəsinə vermək doğru olarmı? Ümumiyyətlə, şəhid ailəsinin həmin evlərdə yaşaması nə dərəcədə düzgündür? Hazırda “Böyük Qayıdış” çərçivəsində yurdlarına dönən insanların təhvil verdikləri evlərin şəhid ailəsinə verilməsi mümkin deyil. Çünki həmin evlər kommunal mənzil şəraiti yaxşı olmayan evlərdir. Amma gələcəkdə insanlar öz evlərini qoyub, gedərlərsə o zaman həmin evlər şəhədi ailəsinə verilə bilər. Düşünürəm ki, tikintisi davam edəm edən evlərin belə kateqoriyaya verilməsi daha səmərəli ola bilər. Onu da nəzərə alaq ki, tikilməkdə olan evlər artıq məcburi köçkünlərə verilməyəcək”, deyə Eldəniz Əmirov vurğulayıb.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.