İranda həbs edilən Fərid Səfərliyə hökm oxunub.

araz.az xəbər verir ki, bu barədə onun anası Dilarə Əskərova sosial şəbəkələr vəsitəsilə məlumat yayıb.

O bildirib ki, oğlu 2 il müddətinə azadlıqdan məhrum edilib.

D.Əskərovanın sözlərinə görə, F.Səfərlinin vəkili həmin hökmdən apelliyasiya şikayəti verəcək.

Qeyd edək ki, Almaniyada yaşayan Azərbaycan vətəndaşı, 1997-ci il təvəllüdlü F.Səfərli bu ilin fevralında İrana səfər edib. O, martın 5-də Almaniyaya qayıtmalı olsa da, sonradan onunla əlaqə itib. Daha sonra F.Səfərlinin İran rejimi tərəfindən saxta ittihamlarla saxlanıldığı barədə məlumat yayılıb.

İyulun 19-da keçirilmiş məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.