metro1.jpg

Bu isti yay günlərində sərnişindaşıma işlərində yetərincə axsaqlıqların varlığı da üzə çıxmış oldu. Belə ki, BNA-ya aid avtobuslarda konisionerlərin işləməməsi bir nömrəli problem kimi qabardıldı. Doğrudur, KİV-də bu faktlar işıqlanandan sonra, problem həllini tapdı. Amma hələ də kondisionerlərini işlətməyən avtonuslar var…

Bu dəfə şikayət isə başqa bir sərnişindaşıma şirkətindən – Bakı Metropolitenindəndir. araz.az bildirir ki, bu barədə özünün “facebook” səhifəsində tanınmış jurnalist Rasim İsmayılov giley edib. Jurnalist yazır:

“Metroda meymunluğa başlayıblar yenə.

Təzə qatarllarda kondisionerləri işlətmirlər. Yəqin yenə qiyməti artırmaq istəyirlər.

Kəfənin cibi olmadığını bilmirlər yəqin…”

Məsələ ilə bağlı araz.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq…

araz.az xəbər portalı.

 

araz.az xəbər portalı.