“Beynəlxalq delimitasiya və demarkasiya qaydalarına əsasən, Qafan hava limanı neytral zonada yerləşir”.

araz.az xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan deyib.

“Avqustun 17-də Paşinyan təyyarə ilə Qafana gəldi, bundan həyəcanlandı. Bildirdi ki, tezliklə İrəvan-Qafan reysləri olacaq. Bu ərəfədə Ermənistan Milli Təhlükəsizlik Xidməti anlaşılmaz bəyanatla çıxış etdi. Axşam saatlarında Mülki Aviasiya Xidməti elan etdi ki, suveren dövlətlər qonşuları ilə məsləhətləşmədən öz hava məkanlarını özləri idarə edirlər. Məsələ budur”, – sabiq baş nazir bildirib.

 

Baqratyan qeyd edib ki, Qafan hava limanının yanında – 10-15 metr aralıda Azərbaycan postu yerləşir:

 

“Yəni hava limanından 15 metr aralıda Azərbaycan dövləti başlayır. Beynəlxalq delimitasiya və demarkasiya qaydalarına görə, iki sərhəd arasında neytral zona olmalıdır. Məsələni necə araşdırırıq, araşdıraq, amma hava limanı neytral zonadadır. Türklər də deyirlər ki, uçursan, enirsən, nəsə iş görürsən, amma bunları bizimlə koordinasiya edirsən. İndi niyə lovğalanırsan, təkəbbürlü bəyanatlar verirsən?” (teleqraf.com)

 

araz.az xəbər portalı.