Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyinin (QAQB) İdarə Heyətinin növbəti yığıncağı keçirilib.
Bu haqda məlumatı QAQB-nin mətbuat xidməti yayıb.
Tədbirdə bildirilib ki, Qaçqın və məcburi köçkünlərin işləri üzrə Dövlət komitəsi QAQB qurultayının nümayəndələrinin ölkə başçısına ünvanladığı müraciətlərə cavab məktubu göndərib. Məktubun müzakirəsi zamanı qeyd edilib ki, QAQB İH bəzi nüanslarla razılaşmadığından yenidən həmin quruma müraciət göndərilməlidir.
Daha sonra Ədliyyə Nazirliyinin Qeydiyyat idarəsinin QAQB-nin nizamnaməsinə etdiyi iradlar əsaslı sayılıb və Nizamnaməyə düzəlişlər edilib.
Tədbirdə QAQB sədrinin Gənclərlə iş üzrə müavini Zeynalova Nəzakət Arif qızı QAQB Ali Məclis üzvü saxlanılmaqla öz xahişi ilə tutduğu vəzifəsindən azad edilib.
Qəhrəmanov Qəhrəman Surxay oğlu QAQB sədrinin Regional şöbələr və Regional təmsilçilərlə işlər üzrə müavini vəzifəsinə təyin olunması təklifi irəli sürülüb və təsdiq olunması üçün QAQB Ali Məclisinin növbəti toplantısına təqdim edilib.
Eyni zamanda Qərbi Azərbaycana Qayıdış Fondunun əsasnaməsi ilkin variantda qəbul edilib və baxılması üçün QAQB Ali Məclisinin növbəti toplantısına tövsiyə olunub.
Dörd saata yaxın davam edən toplantı QAQB sədri Rizvan Talıbovun yekun çıxışı ilə başa çatıb.
araz.az xəbər portalı.