araz.az xəbər verir ki, mal ətinin qiyməti yenidən bahalaşıb. Hazırda mal ətinin kilosu 14-16 manat arasında təklif olunur.

Satıcılar bildirdi ki, bir həftə ərzində qiymətdə 50 qəpik, 1 manat bahalaşma var.
Bahalaşma alıcılara da təsirsiz ötüşmür.
Satıcılar bildirdilər ki, heyvanı baha aldıqlarına görə baha qiymətə də satırlar.
Bahalaşma mal içalatında da özünü göstərir.
O da bildirildi ki, bir həftə ərzində mal ətinin qiymətində bahalşma olsa da, qiymət artımı hələ ki, qoyun ətinə təsir etməyib.

araz.az xəbər portalı. 

araz.az xəbər portalı.