Elmin Nuri bildirib ki, bəzi məktəblərdə gündəlikləri nəşriyyatlardan alıb sonra onu məktəbdə şagirdlərə baha qiymətə satırlar. Ekspert vurğulayıb ki, iqtisadiyyatın özəl qanunları var, bir məhsula ehtiyac yarandığı halda avtomtik olaraq onun qiyməti qalxır:
“Bu, həmişə belə olub. Bu ildə də məktəb ləvazimatlarının qiymətində müəyyən qədər artım olacaq”.
Elmin Nuri qeyd edib ki, əsas məktəbli formalarının da qiymətinin qalxması müşahidə oluna bilər:
“Nazirlər Kabinetinin qərarına əsasən, onlara müəyyən qiymət təyin edilir. Qısaqol köynək 15 manat, uzun qol köynək isə 25 manata satılacaq. Bəlli satış müəssisələrində də bu paltarlar satılacaq. Bunların həmin qiymətə satılacağına şübhə edirəm. Çünkü təlabat meyarı artacaq və mümkündür ki, bu istiqamətdə də qiymətlər artsın. Bütün bunların da yükü valideynin üzərinə düşür”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.