Azərbaycan alimi, pedaqoq, “Abituriyent” jurnalının məsul katibi Hikmət Kazımov vəfat edib.

araz.az xəbər verir ki, bu barədə Dövlət İmtaha Mərkəzi (DİM) məlumat yayıb.

Qeyd olunub ki, o, avqustun 21-də 72-ci yaşında dünyasını dəyişib.

Məlumat üçün bildirək ki, H.Kazımov M.F.Axundov adına Azərbaycan Pedaqoji İnstitutunu bitirdikdən sonra həyatını elmi-pedaqoji fəaliyyətə həsr edib, gərgin elmi axtarışlarının nəticəsi olaraq pedaqoji elmlər namizədi alimlik dərəcəsi alıb. Onun səmərəli elmi-tədqiqat işlərini davam etdirməklə bərabər, mütəxəssis hazırlığı sahəsində məhsuldar fəaliyyəti də həmişə yüksək qiymətləndirilib.

Hikmət Kazımov uzun müddət Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri kimi fəaliyyət göstərib, Komissiyaya daxil olan müraciətlərin vaxtında, obyektiv və qanunvericiliyin tələblərinə uyğun baxılmasında, vətəndaş məmnunluğunun yaradılmasında müstəsna əmək sərf edib. Onun “Abituriyent” jurnalının məsul katibi kimi fəaliyyəti də uğurlu olub və jurnalın elmi-metodiki cəhətdən hazırlanmasına özünəməxsus müsbət töhfələr verib.

araz.az xəbər portalı.