ehedabiyev6

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun yaxın günlərdə vəzifəsindən azad ediləcəyi bildirilir. 

araz.az Pravda.az-a istinadən xəbər verir ki, Siraqəddin Cabbarovu Daşkəsənin sabiq icra başçısı Əhəd Abıyevin əvəz edəcəyi iddia olunur.

Qeyd olunur ki, S.Cabbarov gedəciyini bilir, artıq hazırlıqlara başlayıb.

Xatırlatma: Bir müddət əvvəl işdən çıxarılmasından danışan Ə.Abıyev bildirmişdi ki, Aran rayonlarında işləyə bilər, hələ gümrahdır.

Ə.Abıyevlə əlaqə saxlasaq da, zənglərimizə cavab verməyib.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.