Bu resept xalq təbabətində orqanizmin təmizlənməsi üçün çox geniş istifadə olunur. Onun tərkibinə yalnız 2 çox sadə inqrediyent daxildir – qatıq və kətan toxumu.
Kətan toxumu A, E, F, P vitaminləri, selen, xrom, kremnium kimi vacib minerallar və Omeqa-3 və Omeqa-6 yağlı turşularla zəngin olan çox faydalı və müalicəvi məhsuldur.
araz.az Rusiya KİV-lərinə istinadla bildirir ki, kətan toxumu ilə qatığın qarışığını müntəzəm istehlak edən insanın orqanizmdə bu kimi müsbət dəyişikliklərə baş verir:
– Bağırsaqların fəaliyyəti yaxşılaşır
– Qəbizlik müalicə olunur
– Dərinin vəziyyəti yaxşılaşır
– İmmunitet güclənir
– Xolesterinin və şəkərin səviyyəsi tənzimlənir
– Arterial təzyiq normallaşır
– İnsan artıq çəkidən azad olur.
Həmçinin qarışım sinir sisteminə çox müsbət təsir edir, onkoloji xəstəliklərin riskini azaldır.
Qarışımın hazırlanması:
1 stəkan otaq temperaturunda olan təzə qatığa 1 xörək qaşığı (çox dolu olmamalıdır) kətan toxumu əlavə olunur, qarışıdırılır, yarım saatdan sonra içilir.
Bunu hər gün 1 ay ərzində yatmazdan əvvəl etmək lazımdır.
Sizdə hər hansı xroniki xəstəliklər varsa, qarışımı qəbul etdikdən əvvəl həkimlə məsləhətləşin.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.