Atlantika ilə Sakit okeanı birləşdirən Panama kanalı quraqlıq səbəbindən çətin günlər yaşayır.
araz.az xarici mətbuata istinadla xəbər verir ki, dünya gəmi ticarəti üçün əhəmiyyətli yerə sahib olan Panama kanalının grişində da 200 gəmi quraqlıq səbəbilə keçid edə bilməyərək, lövbər salıb.
Dəyəri milyonlarla dollar olan malları daşıyan 200 gəminin kanaldan nə vaxt keçəcəyi də bəlli deyil.
Lakin bu faktın qlobal ticarətə ciddi təsiirnin olacağı barədə çoxsaylı şərhlər verilir.
Xəbərdə deyilir ki, Mərkəzi Amerika bölgəsində təsirli olan temperatur Panama kanalını da “vurub”: “Nəticədə quraqlıq yaranıb və bu, səbəbindən dünya ticarətində mühüm yer tutan kanalda suyun səviyyəsi kəskin azalıb. Bu isə gəmilərin hərəkətinə mane olub. Kanal rəhbərliyi artıq sentyabrın 2-dək tranzitə məhdudiyyət qoyub. Buna görə hazırda ərazidə 200-dən çox gəmi qalıb”.
“Wall Street Journal”a danışan Panama Kanalı sözçüsü Ricaurte Vasquez Morales bölgədə yağıntıların miqdarının son 20 ildə azaldığını və bunun da kanalın fəaliyyətinə təsir etdiyini deyib: “İqlim böhranı ilə tutumumuzun pik həddə çatdığı aylarda mübarizə aparırıq. Bleə davam eləsə, gəmi keçidlərinə qadağalar tez-tez tətbiq olunacaq”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.