araz.az gundemxeber.az-a istinadən xəbər verir ki, Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçıları, torpaq vergisi istisna olmaqla, digər vergilərdən azaddır. 2001-ci ildən 5 il müddətinə tətbiq edilən və indiyədək 4 dəfə müddəti uzadılan bu güzəştlər 2024-cü ilədək qüvvədə olacaq.
Beləliklə, mövcud qanunvericiliyə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları mənfəət, gəlir, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azad ediliblər. Xatırladaq ki, Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifələrinə aid edilib. Vergi Məsəlləsinə əlavə edilmiş 58.15-ci maddəyə əsasən, vergi güzəşt və azadolmalarını əldə edən şəxslər tərəfindən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına görə vergi ödəyicisinə bəyan edilməmiş və ya azaldılmış gəlirin (xərclər çıxılmadan) 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Vergi ödəyiciləri maliyyə sanksiyalarına məruz qalmamaq üçün güzəşt və azadolmalar üzrə bəyan edilməli məlumatları bəyannamədə əks etdirməlidir.
Belə bir qərarın verilməsinə baxmayaraq, “Azərpabıq” Məhdud Məsuliyyətli Cəmiyyətin Goranboy Rayon üzrə rəhbəri Anar müəllimin və mühasib Ömər müəllimin səhvi ucbatından müqavilə əsasında kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sahibkar Nağıyev Rüstəm Zülfüqar oğlu 611 manat “vergi pulu” ödəməli olacaq. Azərbaycanda məmurların özfəaliyyət əməlləri dövlətin qeyri-neft sektoruna təkan verən sahibkarları çətin duruma salır. Bu kimi haqsızlığa məruz qalan sahibkar Rüstəm Nağıyev gundemxeber.az-ın redaksiyasına bildirib ki, “mənim hesabatım düzgün olduğu halda, “Azərpabıq” MMC rəhbərliyinin səhv hesabatı 611 manat “gergi haqqı” ödəməyimə səbəb olur. Əgər, bu səhv “Azərpabıq” MMC-nin baş ofisi tərəfindən aradan qaldırılmasa, mən prezident İlham Əliyevə şikayət məktubu göndərməli olacam. Yazıb qeyd edəcəm ki, kənd təsərrüfatı işləri ilə məşqul olan sahibkar kimi məmur özbaşınalığına məruz qalmışam.”
Yazıda adı hallanan qurumun səlahiyyətli şəxslərinin də mövqeyini dinləməyə hazırıq.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.