“Meta” şirkəti işçilərini daha sərt ofis rejimində saxlamaq planını açıqlayıb. Əgər işçilər həftədə üç günlük iş tələbini pozarlarsa, işdən çıxarılacaqlar.

araz.az tns.az-a istinadən xəbər verir ki, sentyabrın 5-dən etibarən şirkət işçilərinin əksəriyyəti həftədə ən azı üç gün ofisdən işləyəcək.

“Meta”nın İnsan Resursları Departamentinin rəhbəri Lori Golerin ofisə qayıtma tələbləri ilə bağlı qeydində deyilir: “Şirkətin digər siyasətlərində olduğu kimi, təkrar pozuntular “Performans reytinqi”nin aşağı salınmasına qədər intizam tədbirləri ilə nəticələnə və həll edilmədikdə xitam verilə bilər”.

Texnologiya sənayesi üzrə bir neçə böyük şirkət pandemiya zamanı uzaqdan işləməyi qəbul etdikdən sonra işçilərini yenidən ofislərə qaytarmağa məcbur edir. O cümlədən, Zoom, WhatsApp, Instagram və Facebook-un sahibi olan Meta-nın əməkdaşları işə dönməyə məcburdurlar.

Xatırladaq ki, “Meta” noyabr ayından bəri 21,000 işçini işdən çıxarsa da, hələ də 65,000 işçisi var.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.