baydenDddS

Rusiyanın muzdlu “Vaqner” qrupunun lideri Yevgeni Priqojinin təyyarə qəzası nəticəsində həlak olması bütün dünyada əks-səda doğurub. 

araz.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ prezidenti Co Bayden Vaqnerin lideri Yevgeni Priqojinin öldüyü təyyarə qəzasından danışıb.

Məlumata görə, o, bu “qəza”da Rusiya prezidenti Vladimir Putini günahlandırıb: “Nə baş verdiyini dəqiq bilmirəm, amma buna da təəccüblənmirəm. Rusiyada Putinin arxasında olmadığı heç bir hadisə yoxdur. Düzdür, mən bu hadisənin arxa planını barədə kifayət qədər məlumatlı deyiləm”.

Ağ Ev Rusiyanın Tver bölgəsində qəzaya uğrayan şəxsi təyyarə ilə bağlı ABŞ prezidenti Co Baydenin məlumatlandırıldığını açıqlayıb.

Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrienne Vatson isə sosial media hesabından paylaşdığı mesajda Vaqnerin qurucusu Yevgeni Priqojinin də şəxsi təyyarədə olduğu barədə xəbərləri izlədiklərni qeyd edib.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.