İlqar İLKİN.

“İştirak Evi” adı altında guya müharibə əleydarları olan bir qrup gənc (NOWAR-çılar) ölkəmizin ələyhinə toplantı keçiriblər.

200-ə yaxın üzvü olan bu “Postsovet sülh tərəfdaşları”nın 86 nəfəri azərbaycanlı, 73 nəfəri ermənidən ibarətdir. Bu gənclərin müzakirə mövzuları isə guya Azərbaycan-Ermənistan arasında sülh danışıqlarına töhfə vermək istəyidir.

Lakin bu xainlərin danışıq tərzinə, məntiqlərinə (əslində məntiqsizliyinə) baxanda görürsən ki, bunlar erməni lobbisinin və ya bu lobbilərdən qidalanan hansısa təşkilatların diktəsini yerinə yetirən manqurtlardır. Özlərini tədbirin təşkilatçıları olaraq təqdim edən Səməd Şıxlı, Orxan Allahverdiyev, Nemət Abbasov guya sülh danışıqlarını dəstəkləyirlər, əslində isə bu “sülh bayquşları”nın yalnız hədəfində Azərbaycan var, Vətənimiz var, Qələbəmiz var.

Belə bir el deyimi var: “Daş oturub, kəsəyin gününə ağlayır”. Bu adamların 30 yaşları olar. 30 il ərzində torpaqlarımızı işğal altında tutan ermənilərlə bağlı ağızlarını açıb bir kəlmə söz deməyiblər. İndi sülh danışıqlarında ermənilərin gününə ağlayırlar, ölkəmizin, ölkə başçısının Qalibiyyət jestlərini, sülh masası ətrafında diktə edən tərəf olmağımızdan rahatsız olurlar.

Bu “sülh bayquşları” 44 günlük Vətən müharibəsində ən ön sıralarda savaşmalı, yüz illər ərzində daima məğlub olduğumuz, deportasiyaya, soyqırımlara məruz qaldığımız illərin əvəzinə, ilk dəfə qalibiyyəti, qələbəni dadmalı, bu hisslərlə öyünməliydilər. Öyünməliydilər və özlərini zalım və terrorla bəslənən bir xalq olan ermənilərə sübut etməliydilər.

Lakin təəssüf, bu gün zavallı və ölkəsinin, xalqının maraqlarını çox ucuz satan, satmağa çalışan belə gənclərimiz də var. Ermənilərlə eyni masada zavallı görkəmdə, zavallı durumda olan bu gənclər bizi nə təmsil edə bilər, nə xalqımızın adından danışa bilər.

Biz 44 günlük Qələbəni yalnız savaş meydanında deyil, həm də beynəlxalq aləmdə bizə qarşı qurulan bu cür tuzaqları, pusuları darmadağın edərək, oyunları pozaraq qazanmışıq. Bu qazandığımız isə əbədi Qələbəmizdir! Bir daha əsla məğlubiyyət yox, bu məğlubiyyəti bizə təqdir edənləri də bağışlamaq yox!

araz.az xəbər portalı.

araz.az xəbər portalı.