dtx4.jpg
Dövlət Təhlükəsizliyi Xidməti və Məhkəmə-Hüquq Şurası məhkəmələrin adından saxta sənədlər hazırlayan şəxsin saxlanılması ilə bağlı birgə məlumat yayıb.
araz.az xəbər verir ki, məlumatda deyilir:
“Vətəndaş S.Cabbarova tərəf olduğu mülki işlə bağlı Məhkəmə-Hüquq Şurasına müraciət edərək, Zöhrab Lətif oğlu Paşayevin ona qarşı qanunsuz əməllərə yol verdiyini, məhkəmədə işinin həllinə köməklik göstərilməsi müqabilində ondan xeyli miqdarda pul vəsaiti aldığını, habelə həmin şəxsin ona Məhkəmə-Hüquq Şurasının və Bakı Apellyasiya Məhkəməsinin adından tərtib olunmuş məktublar verdiyini bildirmişdir. Göstərilən halların araşdırılması üçün vətəndaşın müvafiq müraciəti və təqdim etdiyi aidiyyəti sənədlər Məhkəmə-Hüquq Şurası Aparatı tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) göndərilmişdir.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.