Jurnalist Cəmil Məmmədli Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasına yerləşdirilib.
araz.az xəbər verir ki, jurnalist bu gün səhər saatlarında təcridxanaya aparılıb.
Cəmil Məmmədli Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 221.2.2-ci ( xuliqanlıq) maddələri ilə ittiham olunur.
Dünən iş üzrə məhkəmə hazırlıq iclası keçirilib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə baş tutan iclasda ibtidai istintaq zamanı Cəmil Məmmədli barəsində seçilən polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəzlənib.
Sonda qeyd edək ki, Cəmil Məmmədli bu ittihamları qəbul etmir və barəsindəki cinayət işinin qondarma olduğunu deyir.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.