Almaniyanın dağlıq ərazisini yaşayan sirli çılpaq adam ölkənin bir nömrəli gündəminə çevrilib.
araz.az xarici mətbuata istinadla xəbər verir ki, alman mətbuatı illərdir meşədə tək yaşayan şəxsi “qurd canavar” kimi qələmə verib.
Onun görüntülüərii bu günlərdə Almaniyanın Harz dağlarında olan turistlər çəkib.
“Bild” qəzeti “qurd adam”ın saç və saqqalının uzandığını və uzun müddətdir çimmədiyini yazıb.
Adamın fotosunu çəkən alpinistlərdən Gina Veiss “Bild”ə deyib: “Qum mağaralarına yaxınlaşanda onu gördük. O, bizə baxdı və heç nə demədi. Tarix kitablarındakı daş dövrü insanlarına oxşayırdı…”.
Xatırladaq ki, Almaniyanın dağlıq və meşəlik Blankenburq bölgəsində daha əvvəl də “müəmmalı adam”ın tək yaşadığı barədə xəbərlər yayılmışdı.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.