kitab25-09-2018-002.jpgBu günlərdə Bakıda “Elm və təhsil” nəşriyyatında “Aşıq şeirinin poetik biçimləri və çeşidləri” adlı yeni kitab işıq üzü görüb. Yüksək poliqrafik tərtibatla hazırlanmış və Azərbaycan Aşıqlar Birliyinin nəşri olan bu kitabın müəllifləri Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı və professor Mahmud Allahmanlıdır. Kitabda aşıq şeirinin janr və poetik biçimləri, onların çoxsaylı çeşidləri həm ədəbi-nəzəri, həm də folklor poetikasının prinsipləri əsasında açıqlanır.

Aşıq şeir sistemində rast gəlinən poetik biçimlərin (bayatı, gəraylı, qoşma, təcnis, müxəmməs, divani və s.) ilkin qaynaqları, onların tarixi mənzərəsi, janr səciyyəsi, ifa tərzi, hansı hava üzərində oxunması məqamları və s. məsələlər konkret nümunələr əsasında öz əksini tapır. Milli-mənəvi, tarixi-mədəni düşüncənin möhtəşəm qaynağı olan ozan-aşıq mədəniyyətindən doğan şeir şeir biçimləri və çeşidləri də yeni elmi müstəvidə araşdırılır. Bir çox poetik biçimlər və onlardan törəyən çeşidlər ilk dəfə bu kitabda diqqət önünə çəkilir və təhlil edilir.
Kitab 1000 tirajla nəşr olunub.

araz.az xəbər portalı.