Millət vəkili Musa Quliyevə qarşı kiber təxribat – fişinq həyata keçirilib.
araz.az xəbər verir ki, sosial şəbəkə üzərindən həyata keçirilən fişinqdə deputatın guya İctimai TV-yə verdiyi müsahibənin mətni yayımlanıb. Hazırlanan saxta mətində isə Oxu.az saytının dizaynından, loqosundan istifadə olunub.
Mətində bildirilir ki, guya deputat İTV-nin canlı yayımında asan pul qazanmağın yollarından danışıb, bunun üçün heç bir əmək sərf etmədən səhifədə qeyd olunan linkə daxil olaraq orada qeydiyyatdan keçmək və pul yatırmaqla qısa müddətə böyük məbləğdə vəsait qazanmağın mümkünlüyündən danışılır. Hətta deputatın canlı yayın zamanı teleaparıcı Nigar Sabirqızının adına sözügedən linkdə hesab açaraq 10 dəqiqə içərisində 90 manat qazandırdığı qeyd olunur.
Təbii ki, bu kibercinayət əməlidir və bir çox insanlar bu tələyə düşərək öz pullarını risk qarşısında qoya bilər.
“Yeni Sabah” məsələ ilə bağlı millət vəkili Musa Quliyevə müraciət edib. Bəlli olub ki, deputatın bu əməldən xəbəri yoxdur. Millət vəkili qısa araşdırma apardıqdan sonra bu haqda hüquq mühafizə orqanlarına müraciət edəcəyini deyib və baş vermiş hadisə haqda açıqlama yayıb.
“Hansısa yaramaz şəxs, yaxud qrup tərəfindən mənim adımdan saxta profil yaradılaraq qeyri-qanuni saxta proqramın reklamını yaymışlar. Guya ki, mən İTV də aparıcı Nigar Sabirqızı ilə müsahibə zamanı hansısa kriptovalyuta tətbiqini təbliğ edən “Quantum Aİ” platforması üzərindən asan pul qazanma imkanlarını reklam etmişəm. Bundan qəzəblənən Mərkəzi Bank isə məni məhkəməyə vermişdir”.
O, kriptolvalyuta tətbiqinin reklamı ilə bağlı onun adından istifadə edənləri hüquq-mühafizə orqanlarında bildirdiyini qeyd edib.
M. Qasımlı bildirib ki, onun haqqında yayılan xəbər o qədər səviyyəsiz və gülünc bir saxtakarlıqdır ki, buna, əlbəttə, fikir verməmək də olardı:
“Amma bizi tanıyan, sözümüzə inanan sadə insanların bəzilərinin bu reklam tələsinə düşə biləcəyi ehtimalını nəzərə alaraq bu məlumatı paylaşmağı gərəkli hesab edirəm. Bir daha bildirirəm ki, saxta profildə yerləşdirilən bu yazı başdan-başa qondarma bir iftiradır. Mən iqtisadçı deyiləm, bank sektorunun fəaliyyəti ilə bağlı uzaqdan-yaxından bir əlaqəm yoxdur, İTV-də bu mövzuda belə bir müsahibə olmamışdır. Mətnin təhlili göstərir ki, yazı qeyri-azərbaycanlı tərəfindən hazırlanmışdır və çox güman ki, ölkə xaricindəki qrup tərəfindən saxta proqramla paylaşılmışdır”.
Deputat qeyd edib ki, mətbuatda, o cümlədən, elektron KİV-lərdə ermənilərə qarşı apardığımız ardıcıl savaş xaricdə və təəssüf ki, həm də daxildə olan erməniləri və erməni dəyirmanında haram və çirkli dənini üyüdən nadürüstləri narahat etmişdir və ona qarşı şantajın bu formasından istifadə etmişlər:
“Digər tərəfdən son günlər FB və digər sosial platformalarda ölkənin tanınmış simalarına yönəlmiş böhtan kampaniyası da bizi narahat edir və bu kampaniyanın haradan və kimlər tərəfindən qaynaqlandığını da bilməmiz gərəkdir.
Bu məqsədlə həmin saxta profillə bağlı ölkəmizin müvafiq hüquq-mühafizə orqanlarına rəsmi müraciət etmişəm. Araşdırma aparılır və nəticəsi barədə məlumat olan kimi burada paylaşacağam”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.