Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 25-də Laçın rayon 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılışında iştirak ediblər.
araz.az xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım əvvəlcə Laçından olan sakinlərlə görüşüb qısa söhbət ediblər.
Kişi sakin: Anam 46 il burada müəllim işləyib. Biz anam tərəfdən böyük nəsil-kökük.
Mehriban xanım Əliyeva: Bura cənnətdir. Nə qəşəng qızdır.
Balaca qız: Gedək bizim evimizdə bir çay içək.
Prezident İlham Əliyev: Sağ ol, bala, çox sağ ol. Hələ çox gələcəyik. Sağ olun. Sizə cansağlığı və uğurlar.
Qadın sakin: Sağ olun.
Mehriban xanım Əliyeva: Sağ olun.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.