Müğənni Elnarə Xəlilova Şuşadakı Yuxarı Gövhərağa məscidini ziyarət edib.

araz.az xəbər verir ki, sənətçi məsciddə dua edərkən ağlayıb.

O, həmin görüntüləri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşərək  “Allah şəhidlərimizin ruhunu şad eləsin, qazilərimizə can sağlığı versin. Bu günləri bizə göstərdiyin üçün çox şükür” -, deyə şərh yazıb.

E.Xəlilovanın bu paylaşımı isə başına bəla olub. Belə ki, bəzi sosial şəbəkə istifadəçiləri onu rəngli manikürünə, burnundakı pirsinqə, başına bağladığı yaylığa görə tənqid atəşinə tutublar.

Müğənni isə ünvanına yazılan heç bir tənqidi rəyi cavabsız qoymayıb:

“Sizi qınamıram, beyninizdəki manikürdür. O boyda videoda gözünüzə girən manikür oldu?! Dırnağı nə etməli idim, Şuşada salon tapıb dırnaq gelini çıxartdırmalı idim? Sizin başınız, beyniniz harada pozuldu? Orada dırnaq və pirsinqdən başqa gözünüz ağrını-acını görmədi? Nə ara bu qədər azğınlaşdınız?”

Həmin görüntüləri təqdim edirik:

araz.az xəbər portalı.

araz.az xəbər portalı.