“Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun Allahın adını çəkib, oğlunun Londondakı restoranlarını danması yadınızdadır?”.
araz.az xəbər verir ki, bu sözləri sosial media hesabında jurnalist Cavanşir Həsənli yazıb.
Onun sözlərinə görə, sabiq nazirin Londondakı restoranları bir yana, oğlunun Birləşmiş Krallıq paytaxtındakı mülkünün fantastik dəyəri belə dodaq uçuqladır: “Keçmiş nazirin oğlu Anar Məmmədov (sabiq kənd təsərrüaftı naziri Heydər Əsədovun qızının əri – Mia.az) hazırda Londonun ən ultralüx yaşayış kompleksi olan “One Hyde Park”da yaşayır. Binadakı mənzillər nəinki Londonda, bütün dünyada ən bahalı hesab olunur. Buranın əsas sakinləri oliqarxlar və şeyxlərdir. Məşhur ukraynalı milyarder Rinat Axmetov, ingilis sığorta brokeri Rory Carvill, qazax müğənni Ana Aitjanova və ərəb şeyxi, Birləşmiş Ərəb Əmirliklərinin Ras Al Khaimah əmirliyinin vəliəhdi, Şeyx Mohammed Saud Sultan Al-Qasimi onun qonşularıdır”.
Jurnalist bildirib ki, Anar Məmmədovun bu mənzilə nə qədər ödədiyi bəlli olmasa da, mövcud qiymətlər bəzi ipucları əldə etməyə imkan verir: “Məsələn, dubaylı tikinti maqnatlarından biri hazırda həmin binada sahib olduğu mənzili 111 milyon funt sterlinqə satışa çıxarıb. Ukraynalı milyarder Rinat Axmetovun isə “One Hyde Park”da mənzilinə 137 milyon funt-sterlinq ödədiyi haqda məlumat var”.
Jurnalistin yaydığı bu məlumat və fotolarla bağlı adıçəkilənlərin də mövqeyini dinləməyə hazırıq. /Mia.az /
araz.az xəbər portalı.
araz.az xəbər portalı.