Xankəndidə naməlum şəxslər Qarabağdakı erməni quldurların başçısı Araik Arutunyanın oturduğu binaya girərək atəş açıblar.
araz.az apa.az-a istinadən xəbər verir ki, bu barədə görüntü sosial şəbəkələrin erməni seqmentində yayılıb.
Bildirilir ki, naməlum şəxslər günün qaranlıq vaxtında Qarabağdakı erməni quldurların başçısı Araik Arutunyanın oturduğu inzibati binaya daxil olaraq avtomat silahdan atəş açıblar.
Atışma zamanı Araik Arutrunyanın binada olub-olmadığı məlum deyil. Hadisənin törədənlərin kimliyi və atışma nəticəsində zərərçəkənlərin olub-olmadığı da bilinmir.
Qeyd edək ki, Qarabağdakı erməni quldurlar arasında gərginlik son vaxtlar daha da artıb.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.