Bakıda fəaliyyət göstərən 169 nömrəli tam orta məktəbin keçmiş direktoru Pərvanə Əzimova Elm və Təhsili Nazirliyi ilə Bakı şəhəri üzrə Təhsil idarəsini məhkəməyə verib.

araz.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Pərvanə Əzimovanın iddia tələbi işə bərpa və əməkhaqqının ödənilməsi ilə bağlıdır.

Birinci instansiya məhkəməsinin qərarı Pərvanə Əzimovanı qane etmədiyinə görə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Onun şikayətinə hakim Namiq Cəfərovun sədrliyi ilə baxılacaq.

Pərvanə Əzimova 2019-cu ildə direktor təyin edilib. 2022-ci ildə tutduğu vəzifədən azad edilib.

Mediada Pərvanə Əzimovanın fəaliyyəti ilə bağlı tənqidi yazılara rast gəlinir. Bəzi iddialara görə, onun işdən çıxarılması haqqındakı tənqidlərlə bağlı olub.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.