Müalicə aldığı xəstəxananın yuxarı mərtəbəsindən özünü ataraq intihar edən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanovla bağlı yeni məlumatlar əldə edilib.

araz.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, R.Salmanov bu gün günortaya qədər işdə olub və bir sıra məhkəmə işlərinə baxıb.

Lakin günortadan sonrakı prosesləri təxirə salaraq xəstəxanaya gedib. Daha sonra isə məlum hadisə baş verib. Rahib Salmanovun hansı səbəbdən intihar etməsi araşdırılır.

Qeyd edək ki, 60 yaşlı Rahib Salmanov 2013-cü ildən Bakı Ağır Cinayətlər Məhkəməsində çalışırdı.

21:06

1963-cü il Salmanov Rahib Vaqif oğlunun özünü müalicə aldığı xəstəxananın binasından ataraq intihar etməsi ilə bağlı Nərimanov rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda prokurorluq əməkdaşları hadisə yerində cəlb edilib, zəruri istintaq hərəkətləri həyata keçirilir.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, R.Salmanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olub, o, 2013-cü ildən Bakı Ağır Cinayətlər Məhkəməsində çalışırdı.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.