Ekspert hesab edir ki, belə bir qanunun qəbul fonunda Azərbaycan tərəfi ikili vətəndaşlığı olanlara seçim etmək üçün müraciət etməlidirlər. “700 minə yaxın soydaşımızın həm Rusiya, həm də Azərbaycan vətəndaşlığı var. Onlar Rusiya pasportundan imtina edib, Azərbaycan vətəndaşlığını qəbul edərsə, ölkəmiz soydaşlarını qəbul etməyə hazır olmalıdır. Onlara belə bir seçim verilməlidir. Çünki insanlarımıza bu müharibədə iştirak edib, həlak olmaq kimi bir seçim qoymaq olmaz. Onlara müxtəlif istiqamətlərdə öz həyatlarını yenidən qurmaq üçün şərait yaradılmalıdır”.
Qeyd edək ki, Rusiya mətbuatının yazdığına görə, gələn həftə Rusiya Dövlət Dumasına səfərbərlikdən yayınan gəlmələrin, o cümlədən onların ailə üzvlərinin vətəndaşlıqdan çıxarılması və ölkədən deport edilməsini nəzərdə tutan qanun layihəsi göndəriləcək. Bu ölkədə bildiyimiz kimi, xeyli sayda azərbaycanlı yaşayır. Onlarn sayının 700 min-1 milyon nəfər arasında olduğu bildirilir.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.