Vahid Məhərrəmli bildirib ki, son günlər Bərdə bazarına çıxarılan heyvanların sayı azalıb:
“Xüsusən də ətlik heyvanların. Onların bir hissəsi kökəltmədədir, bir hissəsi isə gözləmə mövqeyindədir. Bu il taxılın qiyməti ucuzdur. Kökəltmədə də əsasən taxıl məhsullarından istifadə olunur. Otun qiymətində cüzi artım olsa da, ciddi təsir eləmir. Onsuz da Azərbaycanda ətin qiyməti yüksəkdir. Digər tərəfdən, ölkəyə gətirilən heyvanlar dəyər ifadəsində 74% artıb. Bunlar əsasən kəsim üçün gətirilib. Ötən ilə nisbətən ətin idxalı 3%, istehsal da 3 % artıb”.
Ekspertin sözlərinə görə, təklif çoxdur, təlabat isə əhalinin alıcılıq qabiliyyəti aşağı olduğu üçün artmır:
“Əksinə, əhalinin digər xərcləri artır. Ət baha olduğuna görə əksəriyyət almlır. İndiki halda ətin qiymətinin artırılmasının iqtisadi əsasları yoxdur”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.