Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi Gəncə şəhərində yolların əsaslı təmiri işlərinin satınalınması ilə bağlı açıq tender keçirilib.
araz.az olke.az-a istinadən xəbər verir ki, tenderin qalibi “Gəncə Körpü Tikinti-2” ASC olub.
Qalib təşkilatla 9 915,756 min manat məbləğində satınalma müqaviləsi imzalanıb.
Demək olar ki, son illərdə Gəncə şəhərində yolların əsaslı təmiri ilə bağlı tenderlərdə “Gəncə Körpü Tikinti-2” ASC qalib olub. Belə ki, 2022-ci ildə yolların təmiri ilə bağlı sözügedən şirkətə 3 972,181 min manat, 2021-ci ildə 3 971,349 min manat ödənilib. Eyni zamanda Gəncə şəhərində abadlıq işləri, səkilərin təmiri, işıqlandırma sistemləri ilə bağlı şirkətə milyonlarla manat ödənilib.
Qeyd edək ki, “Gəncə Körpü Tikinti-2” ASC 11.07.2002 tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Rzayev Süleyman Qənbər oğludur. Şirkətin nizamnamə kapitalı 143,104 min manat, hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rüstəm, ev 47-dir.
Mətbuatda “Gəncə Körpü Tikinti-2” ASC-nin sahibinin iş adamı Aqibət Məmmədov olduğu yazılır.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.