xankendi1.jpg

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Xankəndiyə 40 tonluq un məhsulları olan humanitar yardım göndərib. Azərbaycan tərəfinin atdığı bu humanitar addım alqışlanmalıdır. Çünki cəmi bir gün əvvəl Xankəndidə çörəklə bağlı problem olduğu mesajını alan rəsmi Bakının bu addımının özü bir humanitar yanaşmadır.

Birincisi, Azərbaycan öz daxilində olan problemləri, eləcə də humanitar problemləri həl etmək iqtidarındadır və müstəqilliyini qazandığı son otuz il ərzində heç vaxt heç bir dövlətdən humanitar yardım tələb etməyib, hətta bir milyona yaxın qaçqın və məcburi köçkünün olmasına baxmayaraq.

İkincisi, öz sərhədləri daxilində yaşayan hər bir vətəndaşın humanitar böhranla rastlaşdığı təqdirdə, bunu ölkə olaraq həll etməyə tam qadirik. Odur ki, Azərbaycan irqi və milli kimliyindən asılı olmayaraq, bu gün öz inzibati ərazisi olan Xankəndiyə hansısa dövlətdən humanitar yardımın gətirilməsini əsla qəbul edə bilməz. Haqlı olaraq da etmir.

Ermənilər Ağdam-Xankəndi yolundan istifadə olunaraq çatdırılan bu yükü qəbul etməsə, hesab edirəm ki, humanitar yardımları daha çox artırmalıyıq. Hətta ermənilərin Laçın sərəd-buraxılış məntəqəsinə yığdığı maşın karvanının ikiqatını bu yola çıxarmalıyıq. Humanitar yardım adı altında humanitar böhran yaratmağa cəhd edən ermənilərin son təbliğat vasitələri də sona yaxınlaşır.

Qalır bunu dünyaya təqdim edib, erməniləri pat vəziyyətinə salmaq. Ermənistanı məğlub etmişdik, bu isə erməni lobbisi və diaspor təşkilatlarının qaçılmaz məğlubiyyəti olacaq. Çünki Laçın sərhəd-buraxlış məntəqəsindəki “humanitar böhran” oyununu beynəlxalq aləmdə məhz erməni lobbisi və diasporu əsas təbliğat vasitəsinə çevirmişdi. Bu isə onların oynadığı son oyun olacaq. Xankəndidəki ermənilər düşmən də olsaq, çörəyimizi kəsməlidilər. Kəsmək istəməyənləri neçə gündür birdəfəlik yolçu edirik zatən… /axar.az/

araz.az xəbər portalı.

araz.az xəbər portalı.