Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində sinif otağı çatışmazlığı problemi yaxın zamanlarda aradan qalxacaq.
Araz.az xəbər verir ki, Xoy Şəhər İcra Hakimiyyəti başçısı Məhəmməd Abedi burada 164 dərs otağına malik olan 22 məktəbin tikilməkdə olduğunu deyib.
O bildirib ki, bundan əvvəl Xoy şəhərində 92 məktəb yerli xeyriyyəçilər tərəfindən inşa edilib.
Qeyd edək ki, Güney Azərbaycanın bütün əyalətlərində sinif otağı çatışmazlığı barədə dəfələrlə xəbər yayılıb. Təhsil ocaqlarındakı bu problem isə xeyriyyəçi soydaşlarımız tərəfindən həll edilir. /Axar.az/
araz.az xəbər portalı.